Kürdə suyun səviyyəsi qalxıb

Kürdə suyun səviyyəsi qalxıb

 
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-240, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
 
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 88 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 3, Salyanda 4, Bankədə 6 sm artım qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 471 sm (2015-ci il sentyabrın 27-də 319 sm), Salyanda 304 sm (2015-ci il sentyabrın 27-də 117 sm), Bankədə 235 sm (2015-ci il sentyabrın 27-də 157 sm), Araz çayının Novruzlu məntəqəsində isə 186 sm (2015-ci il sentyabrın 27-də 41 sm) təşkil edir. /

Google+ WhatsApp ok.ru