KİV: İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb 06 İyun 2016 01:00 İdman İsveç hücumçusu Zlatan İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə “beIN Sports”, CNN və “Gazzetta dello Sport”un jurnalisti Tankredi Palmeri Twitter-dəki mikrobloqunda yazıb. Məlumata görə, müqavilə 1 il müddətinədir və onun avtomatik uzadılması nəzərə alınmayıb. Palmeri yazdığına görə, bununla yanaşı, klub müqaviləni uzatmaq haqqına malik olacaq. Jurnalist əlavə edib ki, İbrahimoviçin “Mançestr Yunayted”dəki maaşı təxminən 17 milyon avrodan ibarət olacaq. İbrahimoviç yeni klubu barədə iyunun 7-də məlumat verəcəyini vəd edib. Teqlər : #KİV: İbrahimoviç Mançestr Yunayted ilə müqavilə imzalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Borussiya` `Barselona`nın futbolçusunu transfer edib “Qarabağ“ın ilk rəqibi bəlli oldu