ÇL-in finalının hakimləri müəyyənləşdi

Çempionlar Liqasında "Real" və "Atletiko" arasında keçiriləcək final oyunun hakimləri müəyyənləşib.
 
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın baş hakimi ingiltərəli Mark Klattenburq olacaq. Ona Simon Bek, Ceyk Kollin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Kassay yerinə yetirəcək.
 
Qeyd edək ki, final görüşü mayın 28-i, Milanda oynanılacaq. /

Google+ WhatsApp ok.ru