ÇL-in `pley-off` mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

ÇL-in `pley-off` mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək.
 
"Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək.
 
Paytaxt Astanada eyniadlı klub Şotlandiya "Seltik"ini sınağa çəkəcək. Bu komandalar arasındakı ilk qarşılaşma "Seltik"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən, "Astana"nın fərqi aradan qaldırması real deyil. Amma istənilən halda, Qazaxıstan çempionu ən azı Avropa Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnəcək.
 
Qalan 4 oyuna gəlincə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Türkiyənin "Başakşehir" klubunu İspaniyada "Sevilya" ilə çətin sınaq gözləyir. İstanbuldakı qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəyə xeyli yaxınlaşıblar. İndi Türkiyə vitse-çempionları səfərdə ən azı 2 top vurmalıdırlar.
 
Çempionlar Liqası
"Pley-off" mərhələsi, cavab görüşləri
22 avqust
19:30. "Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)
"Astana Arena"
İlk oyun - 0:5
22:45. "Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail)
Maribor, "Lyudski vrt" stadionu
İlk oyun - 1:2
 
22:45. "Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan)
Riyeka, HNK stadionu
İlk oyun - 1:2
 
22:45. "Nitsa" (Fransa) - "Napoli" (İtaliya)
Nitsa stadionu
İlk oyun - 0:2
 
22:45. "Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə)
Sevilya, Ramon Sançes Pisxuan stadionu
İlk oyun - 2:1
 
Daha 5 cavab görüşü avqustun 23-də olacaq:
22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
Praqa, "Eden Arena"
İlk oyun - 0:2
 
22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
Kopenhagen, "Parken" stadionu
İlk oyun - 0:1
 
22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
Buxarest, "Nasyonal" stadionu
İlk oyun - 0:0
 
22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
Liverpul, "Enfild" stadionu
İlk oyun - 2:1
 
22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)
Moskva, MOİK stadionu
İlk oyun - 1:0

Google+ WhatsApp ok.ru