ÇL: qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

ÇL: qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

 

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. 

 

Maide.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək 5 oyundan sonra qrup mərhələsinin bütün iştirakçıları məlum olacaq. 

İlk oyunda səfərdən qələbə ilə qayıdan "Borussiya" (Münhenqladbax) və "Mançester Siti"nin oyunları daha çox formal xarakter daşıyır. 

Ən maraqlı görüşlərdən biri Rusiyada baş tutacaq. "Rostov"u tarixi uğura imza atmaq üçün "Ayaks"la görüşdə qolsuz heç-heçə də qane edir.

 

Çempionlar Liqası

Pley-off mərhələsinin cavab oyunları

22:45. APOEL (Kipr) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 0:1

22:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Xorvatiya)
İlk oyun - 1:1

22:45. "Mançester Siti" (İngiltərə) - "Styaua" (Rumıniya)
İlk oyun - 5:0

22:45. "Rostov" (Rusiya) - "Ayaks" (Hollandiya)
İlk oyun - 1:1

22:45. "Borussiya" (M, Almaniya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 3:1

Google+ WhatsApp ok.ru