Lavrov Qarabağla bağlı danışıqların şərtlərini açıqladı 02 Noyabr 2018 15:07 Qarabağ xəbərləri Ermənistanda siyasi vəziyyət stabilləşməyənə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi razılığa gəlmək çətin olacaq. Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov irəli sürüb. Onun sözlərinə görə, əldə edilmiş razılıq (Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki görüşündə - red.) ondan ibarətdir ki, əlaqələri davam etdirmək lazımdır. Lavrov bildirib ki, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. “Biz bu razılaşmanı alqışlayırıq”, - Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib. “Başa düşürük ki, hələ daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üçün konkret variantlar nəzərdən keçirilsin”, - o əlavə edib. Teqlər : #Lavrov,#Qarabağla,#bağlı,#danışıqların,#şərtlərini,#açıqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Azərbaycanın 871 vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır” İşğalçı ordu həftə ərzində atəşkəsi 196 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni