Livanın 'Hizbullah' hərəkatının nümayəndə heyəti Moskvada səfərdədir

Livanın 'Hizbullah' hərəkatının nümayəndə heyəti Moskvada səfərdədir

Livanın “Hizbullah” hərəkatının nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada səfərdədir.
 
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
 
Nümayəndə heyətinə hərəkatın Livan parlamentindəki fraksiyasının sədri Məhəmməd Raad başçılıq edir.
 
“Hizbullah”çılar Rusiya rəsmiləri ilə bir sıra görüş keçirəcək, Suriya və Livandakı böhrandan çıxış yollarını müzakirə edəcəklər.
 

Google+ WhatsApp ok.ru