Ölkə əhalisinin təxminən yarısı siqaret çəkir 07 İyul 2017 01:00 Ölkə "Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret çəkir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir". Bunu tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib. N.H.Naqvinin sözlərinə görə, tütündən istifadə həmçinin ölkə üzrə orta yaş həddini də azaldır: "Neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldır, həm də büdcə daxilolmalarını artırır. Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır. Tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır". (report) / Teqlər : #Ölkə əhalisinin təxminən yarısı siqaret çəkir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı taksisində qəribə olay: sürücü müştəriyə deyir ki... Bakı metrosu yay qrafikinə keçir