Luçesku rəsmən `Zenit`də 24 May 2016 01:00 İdman "Şaxtyor"dan ayrılan Mirça Luçesku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Qol.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis yeni mövsümdən "Zenit"i çalışdıracaq. Klubun rəsmi saytı Luçesku ilə iki illik müqavilə imzalandığını açıqlayıb. Onun yeni klubunda illik 5 milyon avro qazanacağı iddia edilir. Qeyd edək ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran Luçesku Donetks təmsilçisi ilə 8 dəfə Ukrayna Premyer Liqasını, 6 dəfə ölkə kubokunu və 1 dəfə UEFA kubokunu qazanıb. / Teqlər : #Luçesku rəsmən `Zenit`də, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AFFA klubları cəzalandırdı `Liverpul` `Maynts`ın qapıçısını aldı