Lukaşenko: `Azərbaycanla ticarət dövriyyəsi xəcalət vericidir`

Elmar Məmmədyarov Belarus prezidenti Aleksadr Lukaşenko ilə görüşüb

Belarusda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belarus prezidenti Aleksadr Lukaşenko ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə ikitərəfli əlqələrdən danışılıb. Belarus prezidenti Azərbaycanla ticari əlaqələrin hazırki vəziyyətinin qaneedici olmadığını və bu rəqəmlərin artırılmasının vacib olduğunu qeyd edib:

"Biz Azərbaycanı bir çox məhsulların istehsalı və region ölkələrinə satılması üçün dayaq bazası etməliyik. Minsk Belarus texnikasının Azərbaycanda istehsalın inkişafına təsirinə böyük diqqət yetirir. Azərbaycan şirkətləri maliyyə cəhətdən həmişə belə layihələri dəstəkləyir. Bu, böyük işdir və maliyyə təşkilatlarına da sərfəlidir",- deyə Lukaşenko söyləyib.

Belarus prezidenti bildirib ki, ölkələr arasındakı qarşılıqlı ticarət həcmini artırmaq lazımdır: "300 mln. dollar vəya 500 mln. dollar ticarət dövriyyəsi barədə danışmaq xəcalət vericidir. Belarus və Azərbaycan dost ölkələrdir. İki ölkənin münasibətlərində gizli məqamlar yoxdur. Bizim Azərbaycanla çox sıx dostluq və əməkdaşlıq əlaqələrimiz var və başqa cür ola da bilməz", - deyə prezident bildirib.

O qeyd edib ki, Azərbaycan Belarusu həmişə dəstəkləyib: "Biz bundan sonra da bütün imkanlardan istifadə edərək Azərbaycanı dəstəkləyəcəyik və buna davam edəcəyik". /

Google+ WhatsApp ok.ru