Mərkəzi Bankın rəsmi saytı çökdü

Mərkəzi Bankın rəsmi saytları olan www.cbar.az və nba.az saytlarına girişdə problem yaranıb.
 
Problemin manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra həmin saytlara girişlərin sayının artması ilə əlaqədar olduğu güman olunur.
 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilməsi ilə bağlı qərar verib.
 
Hazırda AMB-nin manatın məzənnəsi ilə bağlı bəyanatını belə oxumaq mümkünsüzləşib.

Google+ WhatsApp ok.ru