Məmməd İbrahim barəsində 2 aylıq həbs qərarı verildi

Nərimanov Rayon Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimlə bağlı qərarını dünən günortadan bəri davam edən fasilədən sonra elan edib. Məhkəmə Məmməd İbrahim barəsində 2 ay müddətinə (istintaq dövrü üçün) həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.
 
Xatırladaq ki, Məmmməd İbrahim barəsində müvafiq qərar çıxarılması üçün oktyabrın 2-i Nərimanov Məhkəməsinə aparılıb, proses saat 15.40-da başa çatıb və hakimlər guya qərar vermək üçün müşavirəyə gediblər. Lakin günün sonuna qədər hakimlər müşavirədən geri qayıtmayıblar. Məhkəmənin önündə gözləyən jurnalistlərə və AXCP fəallarına isə hər dəfə hakimlərin qayıdıb qərarı elan edəcəkləri deyilib. Yalnız saat 22 radələrində prosesin bu gün saat 15.00-dan davam edəcəyi xəbər verilib. azadliq.info/

Google+ WhatsApp ok.ru