Vergilər Nazirliyinin departamenti `AMAY` ticarət mərkəzini məhkəməyə verib 03 Oktyabr 2015 01:00 Hüquq Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "AMAY" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib. Maide.az-ın xəbərinə görə, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Teqlər : #Vergilər Nazirliyinin departamenti `AMAY` ticarət mərkəzini məhkəməyə verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ''Eşşək'' davası məhkəmədə bitdi - biri ömrünü, o biri 11 ilini verdi Məmməd İbrahim barəsində 2 aylıq həbs qərarı verildi