Mərhum ruhani seyyid Mirəzizin 3 mərasimi keçirilib

Cənub bölgəsinin tanınmış ruhanisi seyyid Mirəziz Talıblınin 3 mərasimi keçirilib
Maide.az İslaminSesi-nə istinadən xəbər verir ki, mərhum ruhaninin ötən gün keçirilən 3 mərasimində ölkənin müxtəlif bölgələrindən din xadimləri, ruhanilər, mərhumun şagirdləri və ətraf rayonlardan, o cümlədən Bakı, Salyan, Masallı,Lənkəran, Yardımlı, Biləsuvar və sair rayonlardan mərhumu sevənlər iştirak ediblər.
Qeyd edək ki, Hacı Mirəziz Ağa Seyid Qüdrət oğlu Talıblı 1942-ci ildə Yardımlı rayonunun Böyük Şıxlar kəndində anadan olmuşdur. 1960-cı ildə həmin kəndin məktəbində yeddi illik təhsilini başa vurduqdan sonra, Cəlilabad rayonunun Həziabad kəndinə yollanmış, Hacı Mirəyyub Ağadan Quran qiraətini öyrənmişdir. 1961-ci ildən 1964-cü ilədək Biləsuvar rayonunda yaşamış, Molla Hüseyndən ərəb dili sintaksisi və morfologiyasını (sərf və nəhv elmlərini) öyrəndikdən sonra, 1964-cü ildə Lerik rayonunun Zenoni kəndinə getmiş və üç il də Nəcəf alimi Molla Qələmdən təhsil almışdır.
1967-ci ildə Masallı rayonunun Çaxırlı kəndinə üz tutmuş Hacı Mirəziz Ağa 1971-ci ilədək orada "Şəraye” və “Şərhi-lümə” kitablarını Şeyx Rəhmətdən dərs almışdır. 1998-ci ildə dünyaya göz açdığı Şıxlar kəndindən Cəlilabad rayonuna köçmüş və orada məskunlaşmışdır.
Hacı Mirəziz Ağa 1971-ci ildən İslamın təbliği ilə məşğul olmuş cənub bölgəsində çoxlu sayda tələbə yetişdirmişdir. 
 
 
 
 

Google+ WhatsApp ok.ru