Məktəbli formalarına gülünc tələb - YALNIZ KİMYƏVİ TƏMİZLƏMƏYƏ VERİN!

Məktəbli formalarına gülünc tələb - YALNIZ KİMYƏVİ TƏMİZLƏMƏYƏ VERİN!

 
Ölkədə məktəbli formalarının istehsalı 2 şirkətin əlində cəmləşdiyindən formaların keyfiyyəti və vaxtında istehlakçılara təhvil verilməsində problemlər yaranıb.
Xəbər verilir ki, artıq sentyabr ayının 21-i olmasına baxmayaraq, S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasında uşaqlar hələ də pulunu əvvəlcədən ödədikləri formalarını ala bilməyiblər. Valideynlərdən birinin sözlərinə görə, verilən formaların vəziyyəti çox pisdir. Belə ki, məktəbli formasına daxil olan köynəklərin və şalvarların tikişləri səliqəsiz və sökükdür. Xüsusən də şalvarların balaqları çox dar olduğundan geyinmək belə olmur. Valideynlərə təklif olunur ki: "Bir neçə ölçü böyüyünü götürün ki, uşaqların ayağından girsin. Uzaqbaşı belini yığdırarsınız, ayağını da kəsdirərsiniz" (?!). Üstəlik şalvarların üzərində "Azərbaycan istehsalı" sözlərini qeyd edən Bakı Tikiş Evi emblemdəki sözləri heç Azərbaycan dilində düzgün də yazmayıb:
 
 
"YALNİZ KİMYƏVİ..." 
Yeri gəlmişkən, məktəblilər üçün nəzərdə tutulan forma yalnız kimyəvi təmizlənməyə verilə bilər (!). Hamıya məlumdur ki, gün ərzində məktəbli oğlanların əynində olan bu şalvar heç olmasa həftədə bir dəfə yuyulur. Həftədə bir dəfə valideynin formanı kimyəvi təmizlənməyə verməsinin xərcini hesablamaq kifayətdir. Həmçinin, soyuqların tez düşdüyünü nəzərə alaraq valideynlər 2 ədəd qollu köynək istədikləri halda, onlara məcburən bir ədəd qollu, bir ədəd qolsuz köynək verilir.

Google+ WhatsApp ok.ru