Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq 13 Aprel 2017 01:00 Ölkə Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli ilə bağlı mövzular salınacaq. Bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 12-ci maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidir. Maddədə o da göstərilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsiri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq. / Teqlər : #Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Dövlət başçısı Hacı Cavad məscidi ilə bağlı vəziyyəti araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırıq verib