Maduro: “OPEC neft qiymətlərini 100 dollara qaytarmağı planlaşdırır”

Venesuela dünya bazarında neftin qiymətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün yeni saziş layihəsi üzərində işləyir.
 
Bu barədə Venesuelanın prezidenti Nikolas Maduro Qətər əmiri şeyx Tamin ben Həməd Əl Tani ilə görüşündən sonra bildirib.
 
“Hazırda saziş üzərində işlər davam edir. Ümid edirik ki, iyun ayında nəticə əldə olunacaq. Söhbət  OPEC və bir sıra iri neft istehsalçılarının ilin ikinci yarısı üçün nəzərdə tutulmuş neft bazarının sabitləşdirilməsi üzrə birgə planından gedir”, deyə N.Maduro bildirib. 
 
Onun sözlərinə görə, hazırda əsas məqsəd neftin dünya bazarlarında qiymətinin ortamüddətli perspektivdə 100 ABŞ dollaradək çatdırılmasıdır . 

Google+ WhatsApp ok.ru