Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "ARİFLƏRDƏN" adlanır. Kitab İlahi övliyaların və dövrümüzün saleh insanlarının həyatından bəhs edir. Onların mərifət və paklıq nuru ilə həyat yolunu gözəl və dəyərli şəkildə keçməsindən, ən adi işləri belə xüsusi bir zövqlə yerinə yetirməsindən danışılır. Digər 2 kitab isə "AXİRƏT AZUQƏSİ" adlı kitabın BİRİNCİİKİNCİ cildidir. Bu kitablar əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) öz yaxın və uca məqamlı səhabələrindən biri olan Əbuzərə söylədiyi qısa və dərin məzmunlu nəsihətlərindən ibarətdir. Rəvayət cüzi fərqlərlə «Məkarimul-əxlaq», «Əmaliyi Şeyx Tusi»,«Məcmueyi-vərram» və «Biharul-ənvar» kimi mötəbər kitablarda qeyd olunmuşdur. Kitablarda «Biharul-ənvar»da olan nümunəs seçilib, bunun barəsində izah və təfsir verilib.

Google+ WhatsApp ok.ru