Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "İBRƏT GÜZGÜSÜ" adlanır. Kitabın ön sözündə belə qeyd edilir: "Biz insanlar hər birimiz müxtəlif yönlərdən yaşadığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşamış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlılığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur." 

Bəşəriyyətin ən ali məqsədi Allah-təalaya yaxın məqama çatmaqdır. Məbudla minacat ləzzətinin dadılması, insanın öz Rəbbinin pıçıltısını dinləməsi bu yaxınlaşmanın təsirlərindəndir. Bu mərhələ insan kamilliyinin son mərtəbəsidir. İnsan yalnız özünü tərbiyələndirmək, nəfslə cihad aparmaq, məbud yolunda addım atıb onun razılığını qazanmaqla bu mərtəbəyə çata bilər. Əlbəttə ki, insan hər nəyi Allahın diqqət və tövfiqi sayəsində əldə edir. Növbəti təqdim etdiyimiz "İLAHİ NƏSİHƏTLƏR" kitabında bu barədə bəhs edilir.

"İMAM HÜSEYN (Ə)-IN ƏXLAQİ GÖRÜŞLƏRİ" kitabında imamın həyatındakı məqamlardan bəhs edilir. Şəhidlərin seyyidi İmam Hüseyn əleyhissalamın dərin mənalı sözlərinin tərtib olunduğu kitabda o Həzrətin ibrətamiz rəftarı və əməllərindən bəzi nümunələr var. 

Google+ WhatsApp ok.ru