Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb 07 Mart 2020 11:42 Ölkə Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında martın 8-də hava əasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacaq. Teqlər : #Martın,#8də,#gözlənilən,#hava,#şəraiti,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda koronavirus şübhəsi olanlara sərt xəbərdarlıq Azərbaycanda məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı