May ayında cəbhədə atəşkəs 2902 dəfə pozulub 31 May 2018 01:00 Qarabağ xəbərləri -- Bir əsgərimiz şəhid olub May ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2902 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında aparılan monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Göygöl rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. May ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub. Bu ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.(APA) Teqlər : #May ayında cəbhədə atəşkəs 2902 dəfə pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Elmar Məmmədyarov: Paşinyanın təklifləri sülh prosesini öldürməyə yönəlib `İşgəncənin videogörüntüləri Avropa Məhkəməsinə göndərilib`
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni