Müdafiə Nazirliyi: Ermənilər mövqelərimizi D-30 tipli haubitsalardan atəşə tutur - SON XƏBƏR

Ermənistan Silahlı Qüvvələri ötən gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.

Maide.az bildirir ki, bu barədə APA -ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.

Google+ WhatsApp ok.ru