Metroda kondisioner niyə quraşdırılmır?

Metroda kondisioner niyə quraşdırılmır?

“Metro vaqonlarında kondisionerlərin quraşdırılması problemi istehsalçı zavoddan asılıdır”.
 
Bu barədə virtualaz.org-un müxbirinə metro vaqonlarındakı havasızlıq barədə sualı cavablandıran Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, bu məsələ süni şəkildə qabardılır və çox şişirdilir.
 
Mıtişi Vaqonqayırma Zavodunun istehsalı olan vaqonlarda kondisionerlər quraşdırılmır.
 
“Hazırda biz onları kondisionerlə təchiz edilmiş Fransanın “Alstom Transport SA” şirkətinin vaqonları ilə əvəz edirik. Biz Mıtişi Vaqonqayırma Zavodunun istehsalı olan köhnə vaqonlarda kondisioner quraşdıra bilmərik”, - mətbuat xidmətinin rəhbəri deyib.
 
Qeyd edək ki, son zamanlar metro sərnişinləri Bakı Metropolitenində hava çatışmazlığından çox şikayət edirlər.
 

Google+ WhatsApp ok.ru