Metro kartlarına gedişhaqqı yüklənməsi dayandırıldı 01 Sentyabr 2015 01:00 Ölkə Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi dayandırılıb. Bir müddət öncə Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. «Bakı Metropoliteni» rəhbərliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, sərnişinlər girov dəyəri və gediş haqqını «Bakıkart»a transfer edə bilərlər. «BakıKART»ın (plastik kart) satışı 2 manat, «BakıKART məhdud istifadə üçün» kartının satışı isə 20 qəpikdir. Teqlər : #Metro kartlarına gedişhaqqı yüklənməsi dayandırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Nuri Həmədani Bibiheybət ziyarətgahında - FOTO AİP-in mətbuat konfransı keçirməsinə imkan verilmədi -Yenilənib