İmişlidə aksiya: sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına ötürdü

İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq mal-qarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb. Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır.
 
Sakinlər "Azadlıq" radiosuna deyiblər ki, illərdir kəndin mal-qarası bu örüşlərdə otarılır.
 
"Örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan mal-qarasını itirməyə gətirib çıxaracaq" - aksiya iştirakçılaır deyib.
 
Kəndə polis və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib.
 
Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil. /
 

Google+ WhatsApp ok.ru