Minə yaxın evi su basır

Zığ və Qum adasında yaşayan minlərlə sakin evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
 
Adıçəkilən massivin sakinləri Modern.az-a açıqlamalarında ərazidəki “Duzlu göl”ün qurudulmasının ciddi fəsadlar yaratdığını bildiriblər. Sakinlər sayta deyiblər ki, gölün qurudulmasına başlanması ilə evləri su basmağa başlayıb.
 
“Bir zamanlar “xəstəlik mənbəyi” adlandırılan göl bu dəfə buradakı evləri dağıtmağa xidmət etməkdədir. Hövsan-Zığ magistral yolunun kənarında yerləşən gölün qurudulması üçün su hövzəsinə hər tərəfdən torpaq tökülüb” - deyən sakinlər bildiriblər ki, gölün müəyyən hissəsinin qurudulması mümkün olub.
 
Ancaq qurudulma son zamanlar əraziyə başqa təsirlər göstərməyə başlayıb. Üzəri torpaqla örtülmüş su yaşayış ərazilərinə axmaqdadır. Sakinlər bildirir ki, torpaqlanmış göldəki suyun səviyyəsi durmadan yüksəlməkdə, ətraf evlərə axmaqdadır.
 
Su basmış həyətlərin sayının minə yaxın olduğu bildirilir./

Google+ WhatsApp ok.ru