Moskvadakı azərbaycanlılara dair sensasion statistika

Azərbaycanlılar Moskva əhalisinin sayca ikinci ən böyük milli qrupunu təşkil edir.
 
Bu statistik məlumatı asiarussia.ru portalı yayıb.
 
Saytın Rusiyanın güc strukturlarına istinadən verdiyi xəbərə görə, müvafiq qurumlar Rusiya ictimaiyyətini şoka salmamaq üçün bu informasiyanı rəsmən açıqlamayaraq onu gizli saxlamağa üstünlük verirlər.
 
Portal yazır ki, hazırda Moskvada 11 milyon nəfər adam yaşayır. Onların yalnız 4,6 milyon nəfərini slavyanlar (ruslar, ukraynalılar və belaruslar) təşkil edir.
 
Rusiya paytaxtı sakinlərinin milli tərkibi hazırda belədir: ruslar - 31 faiz, azərbaycanlılar - 14 faiz, tatarlar, başqırdlar və çuvaşlar - 10 faiz, ukraynalılar - 8 faiz, ermənilər - 5 faiz, taciklər, özbəklər, qazaxlar və qırğızlar - 5 faiz, koreyalılar, çinlilər və vyetnamlılar - 5 faiz, çeçenlər, dağıstanlılar və inquşlar - 4 faiz, belaruslar - 3 faiz, gürcülər - 3 faiz, moldovanlar - 3 faiz, qaraçılar - 3 faiz, yəhudilər - 2 faiz, digər xalqların nümayəndələri - 4 faiz.
 
O da bildirilir ki, bu gün Rusiyada yaşayan azərbaycanlıların sayı Bakıda yaşayan azərbaycanlıların sayından çoxdur. Moskvada yaşayn tatarların sayı isə Kazanda yaşayan tatarların sayından çoxdur. Rusiya müsəlmanlarının sayı son 15 ildə 40 faiz artıb. XXI əsrin ortalarına doğru hər 4 rusiyalıdan birini müsəlmanlar təşkil edəcək. virtualaz/

Google+ WhatsApp ok.ru