Moskvada Suriya ilə bağlı Rusiya və Çin arasında qapalı görüş keçirilir

Moskvada Suriya ilə bağlı Rusiya və Çin arasında qapalı görüş keçirilir

Rusiyanın paytaxtı Mopkva şəhərində Suriya ilə bağlı rus və çin diplomatları arasında qapalı görüş keçirilir.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yazıb. 
 
Məlumatda bildirilir ki, bu görüşdə Rusiyanı Xarici İşlər Nazirliyinin Yaxın Şəqrq departamentinin direktoru Sergey Verşinin, Çini isə Suriya üzrə xüsusi nümayəndəsi Se Syabyan təmsil edir.
 
Həmçinin məlumatda qeyd eidlir ki, görüşün sonunda diplomatlar birgə bəyanatla çıxış edəcəklər.
 
Qeyd edək ki, indiyə qədər Çin Suriya məsələsilə bağlı heç bir fəallıq nümayiş etməyib.
 
 

Google+ WhatsApp ok.ru