`Motodrom`da etiraz aksiyası -VİDEO 27 Noyabr 2016 02:00 Ölkə Keçmiş "Motodrom" ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər. Etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər. Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir. Sakinlər deyir, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir. Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.(azadliq.org) Teqlər : #`Motodrom`da etiraz aksiyası VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıb Azərbaycanda poliklinikaların sayı artırılır