MRTŞ-dən təkzib

MRTŞ-dən təkzib

 
 “Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun yayımının məhdudlaşdırılması barədə yayılan məlumatların əsası yoxdur. Radio texniki profilaktik işlərə görə axşamadək yayımı dayandırıb. Axşam saatlarından verilişlərini bərpa edəcək. Bu barədə Milli Teleradio Şurasından Turan-a bildiriblər.
 
Xatırladaq ki, bir sıra KİV-lər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə istinadən borc yarandığından radionun yayımının məhdudlaşdırıldığını yazıb. /

Google+ WhatsApp ok.ru