Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatdı

Müsavat Partiyası Divanının keçmiş üzvü Qubad İbadoğlu partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb
 
Trend-in məlumatına görə, bu barədə Q.İbadoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Bununla da Müsavat Partiyası başqanlığına namizədlərin sayı 3-ə çatıb.
 
Bundan əvvəl Müsavat Divanının üzvü Tural Abbaslı və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı Müsavat başqanlığına namizədlikləriini irəli sürüb.
 
Qeyd edək ki, Müsavat Partiyası başqanlığına namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir. /

Google+ WhatsApp ok.ru