MTN-nin cinayətkar generalının oğlu işdən öz ərizəsi ilə çıxıbmış 28 Oktyabr 2015 02:00 Ölkə Azərbaycan Milli Məclisindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovun işdən çıxarılmasına rəsmi aydınlıq gətirilib. Maide.az xəbər verir ki, Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu apa-ya bildirib ki, Ruslan Çovdarov ötən gün öz ərizəsi ilə işdən çıxıb. R. Çovdarov MM aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsində işləyirdi. Qeyd edək ki, işdən çıxmazdan bir neçə gün əvvəl R. Çovdarova işə davamiyyətsizliyinə və intizamsızlığa görə töhmət verilmişdi. Teqlər : #MTNnin cinayətkar generalının oğlu işdən öz ərizəsi ilə çıxıbmış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncə inanclıları media orqanlarına və Dini Komitəyə müraciət etdilər Arzu Abdullayeva: “Bizdə problem yoxdur deməklə özümüzü gülünc yerə qoymayaq”