Nardaran camaatı aksiya keçirəcək

Fransada “Charlie Hebdo” jurnalında İslam Peyğəmbərinin (s) karikaturasına etiraz əlaməti olaraq  Nardaran camaatı aksiya keçirəcək.
 
Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayı Natiq Kərimov məlumat verib. O bildirib ki, 21  yanvar saat 14:00 radələrində Nardaran kəndində yerləşən İmam Huseyn meydanında nardaranlılar aksiya keçirəcək: “Fransada jurnalda Peyğəmbərin(s) təhqir olunmasına etiraz əlaməti olaraq biz nardaranlılar da üzərinə düşən borcu yerinə yetiririk. Mitinq də etirazın bir formasıdır. Biz də bütün dünyaya etirazımızı bu cür çatıdıracağıq. Aksiya yanvarın 21-də zöhr namazından sonra olacaq.  Artıq bir neçə tanınmış ilahiyyatçıları da dəvət etmişik.  Digər ilahiyyatçılar da dəvətlidir. Ümumiyyətlə, bütün dindarlar və bütün insanlar bu aksiyaya dəvətlidirlər. Aksiyamızın şüarları həm “terrora yox”, həm də “islamofobiyaya son” fikirləridir”.
 
“Biz nardaran camaatı olaraq  heç vaxt, heç bir zaman icazəli aksiya keçirməmişik. Biz 1999-cu ildən bu günə qədər aksiya keçirmək üçün və öz fikrimizi bildirmək üçün kimdənsə icazə almamışıq, almaq fikrimiz də yoxdur”.
 
Şura sədri N.Kərimov bildirib ki, Nardaran kəndinin təhlükəsizliyi orda yaşayan insanların özləri tərəfindən təmin edilir. Onun sözlərinə görə, kiminsə onların təhlükəsizliyini təmin etməyə ehtiyyac yoxdur: “Bu kənd də bizimdir, torpaq da bizimdir. Biz özümüz zəmanət vermişik ki, burda həmişə əmin-amanlıq olub və  olacaq da. Bundan bütün hüquq–mühafizə orqanları da xəbərdardır. Biz Nardaran camaatı olaraq  heç vaxt, heç bir zaman icazəli aksiya keçirməmişik. Biz 1999-cu ildən bu günə qədər aksiya keçirmək üçün və öz fikrimizi bildirmək üçün kimdənsə icazə almamışıq, almaq fikrimiz də yoxdur”.(islamazeri)

Google+ WhatsApp ok.ru