Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib

Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfər barədə həbs qətiimkan tədbiri seçilib.
 
Trend-in əldə etdiyi məlumata görə, onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

İstintaq həbs olunanlara qarşı CM-in aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm) 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması),  315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək),   278 (hakimiyyətin zorla ələ keçirilməsnə cəhd).

Qeyd edək ki, təkcə sonuncu maddə ömürlük həbs cəzasını nəzərdə tutur./

Google+ WhatsApp ok.ru