Natiq Cəfərli: `Normal sivil ölkələrdə idxal və ixracat bu cür inkişaf edir`

 
"Həm istehsalda təşviq proqramlarına yenidən baxılmalı, həm də ixracatda loqistik dəstək və yaşıl kolidor sistemini uyğunlaşmasına ehtiyac var"  
 
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli  Maide.Az-ın kənd təsərüffatının ixracatında azalmaların müşahidə olmasına dair sualına münasibət bildirərkən deyib.
 
Onun fikrincə bunun başlıca səbəbi sistemin kökündən səhf qurulmasıdır. 
 
N.Cəfərlinin sözlərinə görə,  kənd təsəruffatındakı azalmalar Azərbaycandakı proseslərin doğru getməməsinə işarədir.  “Çünki Rusiya kimi böyük bir bazar Türkiyə mallarından imtina etdi və bu ölkəmiz üçün bir fürsətə çevrildi ki, Türkiyə mallarının bir qismini Rusiya bazarlarında əvəz edə bilsin. Lakin rəsmi rəqəmlərdən də görünür ki, ixracatımızda azalmalar müşahidə olunur. Bu da onu göstərir ki, mexanizm səhf işləyir və doğru-düzgün qurulmayıb. Hökümət bu yonümdə ciddi addımlar ataraq, vəziyyəti dəyişməlidir.”
 
N.Cəfərli kənd təsərrüfatına dəstək üçün datasiya proqramlarının məhsulun həcminə və keyfiyyətinə görə verilməsinin zəruriliyini düşünür. “ Azərbaycanda qurulan təşfiq proqramları kökündən mexanizimlər üzərində qurulub. Fermerlərə sahəyə görə təşfiq proqramları və datasialar verilir. Amma sivil ölkələrdə kənd təsərüffatına dəstək üçün son məhsulun həcminə və keyfiyyətinə görə datasiya proqramları həyata keçirilir. Bu da fermerlərdə bir maraq yaradır ki, onlar son məhsulunu daha çox istehsal eləsin və daha da keyfiyyətli hazırlasın. Bunun müqabilində isə hökümətdən əlavə dəstəklər alsın.”
 
İqtisadçı ekspert hesab edir ki, ixracatla bağlı məsələlərdə hökümət iş adamlarına məntiqli dəstəklər göstərməlidir. “Bunun üçün ilk olaraq, gömrüklərdə yaşıl kolidorlar təhciz edilməsi mütləqdir. Yaşıl kolidorlar sahibkarlara gətirdikləri malı rüsumsuz və vaxt itirmədən ölkəyə gətirmələrinə şərait yaradacaq. Bu baş verməsə, gətirilən mallar tez xarab olaraq, sıradan çıxacaq. Bu cür nöqsanlar da satışların həcminin azalmasına gətirib çıxaracaq.”
 
N.Cəfərli həm istehsalda təşviq proqramlarına yenidən baxılmalı, həm də ixracatda loqistik dəstək və yaşıl kolidor sistemini uyğunlaşmasına ehtiyac  olduğunu  düşünür. ”Əgər, qeyd etdiyimiz bu təklifləri dövlət qiymətləndirsə, bir müddət sonra bunun ölkəmizdə kənd təsərüfatının inkişafına nə kimi müsbət və pozitiv bir təsirinin olduğuna şahidlik edəcəklər. Bu proses eyni zamanda işsizliyində azalmasına bilavasitə kömək edəcəkdir.” /
 

Google+ WhatsApp ok.ru