Naxçıvan-Məşhəd dəmir yolu reysi bu ay açılacaq 23 Noyabr 2016 02:00 İqtisadiyyat Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sərnişin elektrik qatarı yaxın vaxtlarda istismara veriləcək. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. "Naxçıvan-Məşhəd qatarı 27-30 noyabr aralığında işə düşəcək", - deyə C.Qurbanov əlavə edib. Xatırladaq ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu da müəyyən edilib. Qeyd edək ki, Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik "kupe" tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir. Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq. / Teqlər : #NaxçıvanMəşhəd dəmir yolu reysi bu ay açılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çörəyin qiyməti dolların nəbzinə bağlıdır Neftin dəyişən son qiyməti açıqlanıb