Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir 09 Yanvar 2018 02:00 Ölkə -- Yanvarın 11-dən.... Yanvarın 11-dən 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. Maide.Az bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq. Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb. Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq. Teqlər : #NaxçıvanMəşhəd beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsədov: Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki... Bakı-Ənzəli dəniz reysinin istifadəyə veriləcəyi TARİX açıqlandı