Naxçıvan atəşə tutulur

“Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasındakı Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub”. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.
 
Maide.az xəbər verir ki,Nazirlik bildirir ki,  aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək bu rayonlardakı mövqelər Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlardan atəşə tutulub. 
Məlumatda qeyd edilir ki, qarşı tərəfə cavab atəşləri atılıb.
Tərəflər aprelin 5-i saat 12-dən etibarən cəbhədə əməliyyatların durdurulması ilə bağlı razılığa gəliblər. Bu razılaşma Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib. /

Google+ WhatsApp ok.ru