Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ 30 May 2020 11:40 Ölkə Naxçıvan Muxtar Respublikasına (NMR) uçuşların bərpa edilməsi iyunun 8-dən sonra planlaşdırılır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı cümə günü brifinqdə bildirib. NMR-ə uçuşlar martın sonunda dayandırılıb və muxtar respublika sakinləri hətta ən təxirəsalınmaz məsələlərə görə ölkənin digər regionlarına gedə bilmirdilər, çünki birbaşa quru yolu yoxdur, digər ölkələrdən tranzit isə sərhədlərin bağlanması səbəbindən mümkün deyildi. Digər daxili və beynəlxalq aviareyslərin bərpasna gəlincə, hələlik konkret qərarlar yoxdur. Bununla yanaşı, R.Bayramlı qeyd edib ki, daxili və beynəlxalq reyslərin sayı azaldılacaq. Sərnişinlərin təyyarənin bortuna qəbulu da məhdudlaşdırılacaq. R.Bayramlının sözlərinə görə, ölkədə COVİD-19 pasportlarının verilməsi məsələsi müzakirə olunur. Bu sənədlər sərnişinlərin olduqları ölkələrdə karantinə alınmamasına imkan verəcək. Teqlər : #Naxçıvana,#uçuşlar,#bərpa,#edilir,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi