Naxçıvanda yumurta limitlə satılır-VİDEO 14 Dekabr 2016 02:00 Ölkə "Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib". Bunu "Turan"ın bölgə müxbiri bildirib. Onun sözlərinə görə, hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir. Yumurta satışına nəzarəti Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları həyata keçirirlər. Nəzarət edilir ki, limitdən artıq yumurta alınmasın. Müxbir deyir ki, Naxçıvan İqtisadi İnkişaf Nazirlyinin əməkdaşları niyə limit tətbiq olunmasına aydınlıq gətirmirlər: "Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir, cavabları belə olur: "Biz bilmərik". Naxçıvanda bir neçə broyler fabriki olsa da, onların heç biri fəaliyyət göstərmir".(meydantv) Teqlər : #Naxçıvanda yumurta limitlə satılırVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu ilin 10 ayında qeydə alınan ölüm hallarının sayı açıqlanıb Bakıda aşma təhlükəsi olan ağaclar daha çox haradadır?