`Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır` 23 Oktyabr 2016 01:00 Ölkə İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir. Maide.Az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bildirib. Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək. Teqlər : #`Naxçıvan MR NaxçıvanMəşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu Sabah dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağacaq