Nazir müavini: `İrandan Azərbaycana gələnlərin sayı 58 faiz artıb`

Nazir müavini: `İrandan Azərbaycana gələnlərin sayı 58 faiz artıb`

"Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb".
 
Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza" portalının təqdimat mərasimində deyib. Nazir müavini bildirib ki, Azərbaycana səfər edənlərin təqribən 70%-i ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn əcnəbidir.
 
N. Səmədov qeyd edib ki, elektron vizanın tətbiqindən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında artım baş verib: "Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır". /

Google+ WhatsApp ok.ru