Neft 2 ayın ən aşağı səviyyəsi yaxınlığında

Neft 2 ayın ən aşağı səviyyəsi yaxınlığında

Neft, ABŞ-da qazılan quyuların sayının ardıcıl dörcüncü həftə artırması ilə buna bağlı olaraq iki ayın ən aşağı yekun səviyyəsi yaxınlığında əməliyyat görür. Qazılan neft quyularının sayının artması qlobal hasilat çoxluğunun davam edəcəyinə işarədir.
 
Baker Hughes Inc.-ının Cümə günü açıqladığı rəqəmlərə görə, ABŞ-da aktiv neft qazma quyularının sayı 14 artaraq 371-ə çıxıb.
 
ABŞ Əmtəə Müddətli Əməliyyatlar Komissiyasının məlumatlarına görə, 17 İyulda bitən həftədə, Qərbi Texas neftində (WTI) ucuzlaşma gözləntisi ilə açılmış qısa mövqelərin sayında son bir ilin ən sürətli artımı olub.
 
Analitiklər bildirirlər ki, neft qiymətləri ehtiyatların yüksək olduğu və qazma quyularının artdığı bir şəraitdə, güclənən dolların təzyiqi altındadır.
 
Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə Brent nefti 45:60 dollardan, ABŞ xam nefti isə 44,09 dollardan alıcı tapıb. (marja) /

Google+ WhatsApp ok.ru