Neft bahalaşıb

Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti yenidən artıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,44% artaraq 52,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,49% artaraq 55,39 dollar olub.
 
Azərbaycan nefti də bahalaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,46 dollar və ya 0,82% artaraq 56,62 dollar təşkil edib. (apa) /

Google+ WhatsApp ok.ru