Neft bazarı yaxın vaxtlarda bərpa olunacaqmı? 22 Dekabr 2014 02:00 İqtisadiyyat Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi bildirib ki, neft bazarı yaxın vaxtlarda bərpa olunacaq. Nazir konfransda deyib: “Qazıntı yanacağı yaxın onilliklərdə əsas enerji mənbəyi olacaq”. Əli əl-Nəimi, həmçinin hesab edir ki, xammalın qiymətləri OPEK-in üzvü olmayan neft hasilatçılarının əməkdaşlıq etməməsi səbəbindən enib. Nazirin fikrincə, tezliklə həmin hasilatçılar başa düşəcəklər ki, xammalın qiymətlərinin yüksək həddə saxlanılması onların maraqlarına cavab verir. Əli əl-Nəiminin bəyanatından sonra London birjasında Brent markalı neftin qiymətləri 1,4 faiz artaraq, bir barrel üçün 62,23 dollara çatıb. Nyu-York Birjasının elektron hərraclarında WTI neftinin fevral ayı üçün fyuçers qiyməti artaraq bir barrel üçün 57,78 dollara çatıb ki, bu da əvvəlki göstəricilərdən 1,1 faiz yüksəkdir. Teqlər : #Neft bazarı yaxın vaxtlarda bərpa olunacaqmı?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rubl dollar və avro qarşısında dirçəlməyə başladı Azərbaycanda 2015-ci il üçün yaşayış minimumu nə qədərdir?