Neft Fondunun gəlirləri hər rüb azalır - Axırı necə olacaq?

Neft Fondunun AÇG mənfəət neftinin satışından gəlirləri 2015-ci ilin yanvar-oktyabrında $5 mlrd 856 mln olub.
 
Fondun məlumatına görə, 2001-ci ildən 1 noyabr 2015-ci ilədək Neft Fondunun AÇG mənfəət neftinin satışından gəlirləri $116 mlrd 7 mln təşkil edib. Turan agentliyi xatırladır ki, 2014-cü ildə bu göstərici $15 mlrd 118 mln (2013-cü ildə - $16 mlrd 261 mln) olub. Neft Fondunun AÇG mənfəət neftinin satışından gəlirləri
 
 
Cədvələ baxanda sual yarana bilər ki, neftin bahalaşnması II rübdə Fondun gəlirlərinə niyə təsir etməyib? I yarımil üçün məlumatlara baxsaq, aydın olur ki, hasilat 2,8 mln barrel (bu ilin yanvar-iyununda 116 mln barrel, ötən ilin eyni dövründə118,8 mln barrel) azalıb.
 
Hökumət yaxın bir neçə il üçün proqnozda bu amili nəzərə almalıdır. Məsələ burasındadır ki, 3 ildən sonra neftin barreli $80 olsa, ölkəyə ciddi gəlir gətirməyəcək (ildə $10 mlrd). 2018-ci ildə AÇG çərçivəsində bu ilki kimi 31 mln ton yox, 29 mln ton neft hasil ediləcək. Üstəlik, “Əsrin müqaviləsi” köhnəldikcə, maya dəyəri artır, gəlirlər azalır. 
 
Cədvəldəki məlumatlara istinadən 2015-ci ildə Fondun AÇG çərçivəsində gəlirlərini proqnozlaşdrmaq olar.
 
Oktyabrda bu göstərici $631 mln olub.
 
Nəzərə alsaq ki, noyabrın ortalarında 3 həftəliyə “Çıraq” platformasında (sutkada 50 min barrel) hasilat dayandırılacaq, ilin sonuna kimi sutkalıq hasilat 5 min barrel azalacaq, noyabr-dekabrda Fondun gəlirləri $1,1 mlrd olacaq. Ümumən ARDNF-nin gəlirləri $6,96 mlrd olacaq, bu isə ötən ilkindən 2,17 dəfə azdır.
 
1 oktyabr 2015-ci il üçün Fondun aktivləri $34 mlrd 738,1 mln olub. İl ərzində azalma $2 mlrd 567,2 mln təşkil edib. Fondun ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,36% (01.01.2015-ci ildə $37 mlrd 104,1 mln olub) azalıb.
 
Hökumət 2016-cı ildə neft $50 olacağı təqdirdə ARDNF-nin büdcəsini kəsirli proqnozlaşdırıb. Fondun gəlirləri 6 mlrd 711,6 mln, xərcləri 8,2 mlrd manat olacaq. Kəsir 1 mlrd 488,4 mln manat təşkil edəcək.
 
Fondun gəlirlərinin 92-93%-i AÇG-dən mədaxil əsasında formalaşır.
 
* AÇG üzrə saziş 20 sentyabr 1994-cü ildə bağlanılıb. Layihə iştirakçıları bunlardır: BP (35,78%), Chevron – 11,27%, ExxonMobil (8,0006%), ONGC Videsh Limited (2,72%), Inpex (10,96%), Itochu (4,3%), SOCAR (11,65%), Statoil (8,56%), TPAO (6,75%). 

Google+ WhatsApp ok.ru