«Neftçi»nin oyununda dava düşüb

Avqustun 17-də Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. 
 
Turun son oyununda «İnter» «Neftçi»ni qәbul edib vә 1:0 hesablı qәlәbә qazanıb. 
 
Oyunun final fitindәn sonra gәrgin anlar yaşanıb. «Neftçi» futbolçuları azarkeşlәri alqışlamaq üçün tribunalara tәrәf getsәlәr dә, azarkeşlәrdәn sәrt reaksiya görüblәr. Hәtta azarkeşlәrdәn biri meydana düşәrәk «Neftçi»nin futbolçusu Araz Abdullayevә hücum çәkib. 
 
Aranı sakitlәşdirmәk üçün polis mәsәlәyә müdaxilә edib. Hәmin azarkeş isә polis tәrәfindәn bölmәyә aparılıb.

Google+ WhatsApp ok.ru