Neftin qiyməti bahalaşdı

Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. Birjalarda olan satışlar üzrə hesabat bunu göstərir. Bu hesabatlara görə "Brent" markalı neftin qiyməti 0.91% artaraq 0.43 USD bahalaşıb. Bu bahalaşma ilə "Brent" markalı neftin qiyməti 47.85 dollara çatıb.
 
Bu cür bahalaşma "Texas" markalı neftdə də qeydə alınıb. Son məlumatlara görə, "Texas" markalı neft 0.88%, yəni 0.39 usd artaraq 44.68 dollara çatıb.
 
Birjalarda qızılın qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti bahalaşaraq 1 qram üçün 35.13 dollara çatıb. Gümüşdə də qismi bahalaşma qeydə alınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 47 sent müəyyənləşib.
 
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
 
1 ABŞ dolları - 1.0498 AZN
 
1 Euro - 1.1424 AZN
 
1 rus rublu - 0.0166 AZN
 
1 Türkiyə lirəsi - 0.3667 AZN

Google+ WhatsApp ok.ru