Neft milyardları və səfalət 08 Mart 2017 02:00 Ölkə Azadliq.info saytında dərc edilən "123 milyard dollarlıq səfalət" sərlövhəli məqalədə ölkəyə gələn böyük neft pulları ilə xalqın təzadlı həyat tərzinə diqqət çəkilir. Müəllif yazır ki, Dövlət Neft Fondu 2001-2017-ci illərdə təkcə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından 123 milyard dollar gəlir əldə edib. Yazıda qeyd edilir ki, ölkəyə böyük neft pulları gəlsə də, əhalinin vəziyyəti bir elə yaxşılaşmayıb. Bu il dövlət büdcəsi son 10 ilin ən kiçik büdcəsi olub. Müəllifin fikrincə, əhalinin böyük bir hissəsi isə borc bataqlığına düşüb: "Faktiki 123.1 milyard dolların varlığı xalqın taleyində hiss olunmadı. Nə maaşlar artdı, nə reallıqda iş yerləri açıldı, nə güzəştlər edildi, nə də pis ənənələrə son qoyuldu". Müəllif hesab edir ki, bu vəsaitin böyük hissəsi yuxarıların şəxsi məqsədlərinə sərf olunub. Yazıda deyilir ki, məhz dövlət xəzinəsinin mənimsənilməsi hesabına ölkədə qeyri-rəsmi milyarderə çevrilmiş məmurlar var. Müəllifin fikrincə, mənimsənilməyən pullar da beynəlxalq idman yarışlarına və mənasız layihələrə xərc edilib. Yazıda rəsmi məlumatlara istinadən qeyd edilir ki, yol-nəqliyyat sisteminə 25, regionların inkişafına 36 milyard manat ayrıldığı iddia olunur: "Nəticə isə budur ki, regionlarda həyat əlaməti yox, insanlar qazanc məqsədilə paytaxta və ölkə xaricinə üz tutur. Kənar qəsəbə və kəndlərin yolları bərbad haldadır". Müəllif yazır ki, ölkədə qiymətlər kəskin bahalaşıb, yüksək kredit faizləri əhalinin belini büküb. Təhsil haqları, kommunal xərclər artıb və xalqa "böhran" hədiyyə edilib. / Teqlər : #Neft milyardları və səfalət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qadınların cəmi 20 faizi evdə oturmaq istəyir Şəkidə heyvanlar naməlum səbəbdən tələf olur - VİDEO