Neft ucuzlaşıb

Neft ucuzlaşıb

Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb
 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,88 dollar, yaxud 1,52% azalıb.
 
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
 
"Brent" markalı neftin qiyməti isə 1,56 faiz ucuzlaşıb və bir barelə görə 55,94 dollara düşüb. (report) /

Google+ WhatsApp ok.ru